Azərbaycanda daha 146 nəfər koronavirusa yoluxub, 162 nəfər sağalıb, 1 nəfər vəfat edib

 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 146 yeni yoluxma faktı qeydə alınıb, 162 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 34 620 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 363 nəfər müalicə olunaraq sağalıb, 510nəfər vəfat edib, aktiv xəstə sayı 1 747 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 359, ötən müddət ərzində isə ümumilikdə 849 628 test aparılıb.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}