Avropada məktəblər açılır – Şagirdlər maska taxmayacaq, amma...
Sentyabrın 1-də İngiltərə, Fransa, Belçika və Rusiyada on milyonlarla şagird məktəbə qayıdır. Bu arada Avropada koronavirusa yoluxmalar artmaqdadır.
Bir çox müəllimlər və valideynlər məktəblərin yenidən açılmasının COVID-19-un yayılmasını sürətləndirəcəyindən narahatdırlar.
Ancaq hökumətlər valideynlərin işə qayıtması, iqtisadiyyatların dirçəlməsi üçün məktəbləri açmağa can atır. Onlar israr edirlər ki, uşaqların məktəbə qayıtması onların uzunmüddətli inkişafından ötrüən yaxşı variantdır və uşaqların COVID-19-a yoluxma riski böyük deyil.
Fransada müəllimlər və 11-18 yaş arasışagirdlərin qapalı yerlərdə və açıq məkanda maska taxması tələb olunur. Ümumilikdə isə məktəblər normal qaydada işləyəcək, toplantıların həcminə və hərəkətə bəzi məhdudiyyətlər qoyulacaq.
Təhsil naziri Jan Mişel Blanquer avqustun 31-də deyib ki, yeni yoluxmalar səbəbindən bəzi məktəblər yenidən bağlana bilər.
Rusiyada isə 17 milyon şagird məktəblərə maskasız gedəcək. Martda məktəblər əsasən bağlanmış, distant təhsilə keşmişdilər, sonra isəüç aylıq yay tətili başlanmışdı.
Təhsil Nazirliyi koronavirusun yayılmasını önləmək üçün bir sıra ehtiyat tədbirlərinin görüləcəyini bildirir. Səhərlər şagirdlərin temperaturu yoxlanacaq, onlar daha dərsləri ayrı-ayrı otaqlarda keçməyəcəklər.
Altı aylıq fasilədən sonra İngiltərə və Uels məktəbliləri də dərsə qayıdır, hökumət kontaktı minimuma endirmək, sosial məsafənin saxlanmasıüçün “nəzarət sistemi”nin tətbiq olunduğunu bildirib.
Britaniya hökuməti əvvəl deyirdi ki, şagirdlərin maska taxması tələb olunmayacaq, ancaq sonradan qərar dəyişdi, sinif rəhbərlərinə maskayla bağlı tələb qoymaq sərbəstliyi verildi.
Britaniyada bir milyon universitet tələbəsinin də dərsləri gələn həftələr ərzində başlamalıdır. Akademik heyət isə hökuməti şəhərcikləri açmamağa çağırır.
Britaniyada akademik heyəti təmsil edən Universitet və Kollec Birliyi həftəsonu bəyan edib ki, dərslərin başlanması“böyük sağlıq böhranı” və universitetləri ikinci dalğanın pansionatlarına çevirmək riski yaradır.
Akademik birlik Birləşmiş Ştatları nümunə göstərir. Burada bir çox universitetlər yenidən onlayn təhsilə qayıdır, çünki yoluxma halları artır, tələbələr karantinə alınır. ABŞ-da yoluxma halları 6 milyonu, ölü sayı 183 mini keçib.
Şəffaflıq.az
Facebook-da paylaş