“Çinin Ukraynaya investisiyası məhvedicidir” – Pompeo Zelenskiyə xəbərdarlıq edib


 

Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Mayk Pompeo Ukrayna prezidenti Vladimir Zelenskiyə Çinin bu ölkənin iqtisadiyyatına investisiya qoymaq planları, o cümlədən, «Motor Siç» zavodunu satın almaq barədə planları ilə bağlı narahatlığını bildirib.

Sohbət avqustun 26-da baş tutsa da, Dövlət Departamentinin mətbuat xidməti bu haqda xəbəri yalnız avqustun 29-da yayıb.

«Motor Siç» zavodu təyyarə və vertolyotlar, həm də sənaye qurğuları üçün aviasiya qazturbin mühərriklərinin işlənməsi, istehsalı, təmiri və onlara qulluq edilməsi ilə məşğul olur.

Müəssisənin səhmlərinin nəzarət paketinin əldə olunması barədə danışıqlar Çin şirkəti ilə hələ 2017-ci ildən gedir. Razılaşma əldə olunacağı təqdirdə, investor bu müəssisəyə 250 milyon dollar sərmayə yatırmağa hazırdır.

Bu layihəyə rəqib qismində ABŞ firması çıxış edir. Firma «Motor Siç» üzrə sazişdən başqa Xarkov Dövlət Aviasiya Zavoduna 150 milyon dollar sərmayə yatırmağa hazırdır.

Bundan əvvəl Ukrayna KİV-ləri xəbər vermişdilər ki, DSM şirkətlər qrupu «Motor Siç»i Çinin «Skyrizon Aircraft Holdings» şirkəti ilə birlikdə inkişaf etdirəcək. KİV-in məlumatına görə, avqustun 6-da gecə «Beijing Xinwei Technology Group» xəbər verib ki, onun törəmə müəssisəsi olan «Beijing Skyrizon i DCH Group» avqustun 4-də Ukrayna Antimonopol Komitəsinə «Motor Siç»in səhmlərinin alınması barədə birgə ərizə verib.

Ukrayna prezidenti Zelenskinin ABŞ dövlət katibi Pompeoya nə cavab verdiyi dəqiqləşdirilmir.

Danışıqların gedişində tərəflər həm də Belarusdakı vəziyyəti, koronavirusla mübarizəni və Ukraynanın şərqindəki vəziyyəti müzakirə ediblər.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}