Huawei Band 4 Pro təqdim edildi - Əsas xüsusiyyətləri

 Huawei Band 4 Pro istifadəçilərə təqdim edilib.
Şəffaflıq.az ted.az-a istinadən bildirir ki, yeni model 11 fərqli idman növünü dəstəkləyir. GPS modulu ilə inteqrasiya olunan Huawei Band 4 Pro idman məlumatlarını hər hansı telefona bağlanmadan qeyd edə bilir.
Cihazda 0,95 düymlük AMOLED ekrandan istifadə olunub. Çəkisi 25 qram olan ağıllı bilərzik 5-12 gün müddətində enerji saxlama qabiliyyətinə sahibdir.
Modeldə nəbz ölçmə, yuxu rejiminin təqibi və digər tibbi funksiyalar da mövcuddur.
Qeyd edək ki, hazırda yalnız Türkiyədə istifadəyə verilən Huawei Band 4 Pro yaxın günlərdə digər ölkələrdə də təqdim ediləcək

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}