"Çətin günlərdə olsa, yay bitir. Nə etmək olar... Hər şeylə barışmaq lazımdır.- MƏHƏRRƏMLİ
Şəffaflıq.az xəbər verir ki, bu sözləri Əməkdar artist Vasif Məhərrəmli deyib.
Müğənni karantin günlərindən söz açıb və daha sonra telefondan bəhs edib.
O, "Telefona parol qoymaq ailə üzvlərinin bilməməsi üçündür" sözlərinə belə reaksiya verib: "Telefon parolu özünə məxsusdur, bilməməlidir. Tək kimdənsə nəyisə gizlətmək üçün deyil, həm də əlin dəyib kiməsə zəng getməməsi üçündür. İki telefonum var idi. Hazırda nömrə ilə birlikdə qızıma verdim. Onlayn dərslər keçilirdi deyə, verdik ona. Ona ancaq balaca telefon alıb veririk ki, dərsdən yayınmasın.
Hərdən telefonla çox danışıram. Hətta həyat yoldaşın da deyir ki, nə çox danışırsan. Ürəyinə yaxın adamdırsa, onla çox danışırsan. Nə edim, gündə 200-300 zəngə cavab verirsən".
Facebook-da paylaş