TƏBİB-dən reanimasiyada olan xəstələrlə bağlı AÇIQLAMA
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 25-nə olan statistik göstəriciləri açıqlayıb.
Şəffaflıq.az xəbər verir ki, məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 6 612 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 885 279 test aparılıb. Onlardan 35 559-nun cavabı pozitiv çıxıb. İndiyədək 521 nəfər COVID-19-dan dünyasını dəyişib, 33 190 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 1848 nəfərdir. 161 nəfər reanimasiyada, 20 nəfər süni tənəffüs cihazındadır.
Xatırladaq ki, bu gün Azərbaycanda 133 yoluxma faktı qeydə alınıb, 2 nəfər dünyasını dəyişib, 86 pasiyent sağalıb.
Xəbəri paylaş
Facebook-da paylaş