İngiltərə Premyer Liqasında 14 nəfər koronavirusa yoluxdu
Futbol üzrə İngiltərə Premyer Liqasında çıxış edən klublarda koronavirusa 14 yoluxma faktı qeydə alınıb.
Şəffaflıq.az "Telegraph"a istinadən xəbər verir ki, 20 klubdan 12-də virus aşkarlanıb. Yoluxanların və komandaların adları açıqlanmayıb.
Qeyd edək ki, İngiltərə Premyer Liqasında yeni mövsümə sentyabrın 12-də start veriləcək.
Xəbəri paylaş
Facebook-da paylaş