Svetlana Tixonovskayanın yeni videomüraciəti - "Ölkənin milli liderli olmağa hazıram"


 

Belarus prezidenti Aleksandr Lukaşenkonun son seçkilərdəki əsas rəqibi Svetlana Tixonovskaya özünün Litvadan yeni videomüraciətini yayımlayıb.

Şəffaflıq.az xarici agentliklərə isitnadən xəbər verir ki, burada mühacir siyasətçi Belarusun “sakitləşməsi və normal həyata geri dönməsi üçün” ölkənin milli liderlik funksiyasını üzərinə götürməyə hazır olduğunu bəyan edib.

S.Tixonovskaya dövlət rəhbəri olması halında siyasi dustaqların azad ediləcəyini və yeni prezident seçkilərinin təşkil olunacağıını bildirib.

Müxalif siyasətçi siyasi karyerası ilə bağlı heç vaxt xəyal qurmadığını, lakin taleyin onu irtica və ədalətsizliklə mücadilənin ön xəttinə gətirdiyini qeyd edib.

“Korrupsiya və zorakılığın hökm sürdüyü ölkəmizi rifah, təhlükəsiz və xoşbəxt həyatla yaşayan bir diyara çevirmək üçün bu gün ortaya çıxan enerjini və insanlarda yaranan qərarlılığı hədər etməyə haqqımız yoxdur”,-deəy bəyanatda qeyd olunur.

Svetlana Tixonovskaya Belarusun müstəqilliyinin saxlanmasını vacibliyini vurğulayaraq onu “heç bir şərt altında itirilməməsi və daimi qalması”nın gərəkliliyini söyləyub.

Güc strukturlarına da müraciət edən xanım Tixonovskaya onları Belarus xalqı ilə həmrəy olmağa çağırıb. “Belaruslular hər hansı zorakılığı qəbul etməyən, səxavətli və ədalətli xalqdlr. Əgər siz cinayətkar əmrləri yerinə yetirməsəniz və xalqın tərəfinə keçsəniz, onlar sizi bağışlayacaqlar və gələcəkdə sizə qarşı heç bir söz deməyəcəklər”,-deyə o söyləyib.

Xatırladaq ki, bu iln avqust ayının 11-də Svetlana Tixonovskaya şikayət ərizəsi vermək üçün getdiyi Mərkəzi Seçki Komissiyasında güc strukturlarının yüksək rütbəli nümayəndələri tərəfindən təhdidə məruz qoyulmuş və elə həmin gecə ölkəni tərk edərək Litvaya getməyə məcbur qalmışdı.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}