Lukaşenko aksiyaya gedənlərin işdən çıxarılacağını bildirib


 

Avqustun 16-sı Belarus üçün əhəmiyyətli gündür. Yaxın saatlarda Minskdə Aleksandr Lukaşenkoya qarşı böyük etiraz aksiyası başlayacaq.


Şəffaflıq.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının səsvermədə qalib elan etdiyi son 26 ilin rəhbəri aksiyaya gedənlərin işdən çıxarılacağını bildirib. O, CTB telekanalının efirində onları hədələyən ifadələr işlədib.

“Bir daha təkrar edirəm: heç kimi yola gətirməyə çalışmayın. Hamı başa düşür ki, nə baş verir. Siyasətdə olmayan fəhlə adam nəyinsə nümayişi üçün hansısa meydana can atırsa, onda həmin adam fəhlə deyil. Getmək istəyirlərsə, qoy getsinlər. Onsuz da MTZ-də, MAZ-da, BelAZ-da işçi çoxluğu var. Zavodlarda həmin adamlara bir daha yer olmamalıdır”, - Lukaşenko belə deyib.

Məhz Lukaşenkonun adını çəkdiyi müəssisələrdə böyük etiraz dalğası müşahidə edilir. Belarus Mərkəzi Seçki Komissiyası prezident seçkilərində dövlət başçısının səslərin 80.1, onun əsas rəqibi Svetlana Tixanovskayanın isə 10.12 faizini topladığını açıqlayıb. Tixanovskaya böyük saxtakarlıq olduğunu, belə böyük fərqlə məhz özünün qalib gəldiyinin bildirir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}