Pandemiyanın qayıdışı: İspaniyada bunlar qadağan edilir
İspaniya hakimiyyəti yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün əlavə tədbirlər görməyə qərar verib.
Şəffaflıq.az “TASS”a istinadən bildirir ki, bu barədə Krallığının Səhiyyə naziri Salvador İlya bildirib.
“Diskotekaların, gecə barlarının bağlanması qərara alınır”, - deyə nazirliyin rəhbəri bildirib. Bundan başqa, onun sözlərinə görə, kafe və restoranlar yerli vaxtla saat 01:00-dan gec olmayaraq bağlanmalıdırlar.
İlya pandemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində küçədə alkoqollu içkilərin istifadəsini qadağan etmək qərarına gəldiyini bildirib. Nazir əlavə edib ki, “iki metrlik məsafəyə riayət etməyə imkan olmadıqda” küçədə və digər ictimai yerlərdə siqaret çəkmək qadağan ediləcək.
Qeyd edək ki, indiyədək İspaniyada 337,3 mindən çox nəfərdə koronavirus aşkarlanıb, 28,6 mindən çox xəstə dünyasını dəyişib.
Facebook-da paylaş