Cənubi Koreyada Covid-19 vuirusuna qarşı vaksin yaradılıb - Buruna damcılatmaqla istifadə olunur


 

Qripin Öyrənnilməsi İnstitutunun (Koreya respublikası) pofessoru So San-Yuyun rəhbərliyi altında alimlər qrupu SARS-Cov-2 virusunun xüsusi ziflədilmiş forması əsasında yeni vaksin hazırlayıb. 

Vaksin sadəcə, buruna damcılatmaqla istifadə olunur. Onu artıq ASE-2 insan geni versiyası ilə transgen siçovullar üzərində uğurla yoxlayıblar. İlkin nəticələr «bioRxiv» elmi kitabxanasında dərc olunub.

«Aşağı temperaturlarda koronavirusu hüceyrələrdə həyata tədricən uyğunlaşdıraraq, biz onun zəiflədilmiş versiyasını yaratdıq. Bu zaman patogenin optimal həyat temperaturunu 37 dərəcədən 22 dərəcəyə (Selsi) endirdik. Onun əsasında yaradılmış vaksini siçovulların bədəninə burundan yeritdik. O, heyvanları adi koronavirusun hücumlarından tamamilə qorudu» - alimlər yazırlar.

Nəticədə, virus təxminən 37 yeni mutasiya əldə edib, aşağı temperaturlara uyğunlaşıb və bu zaman normal şəraitdə çoxalmaq qabiliyyətini itirib. Bunun sayəsində immunitet infeksiyanı tanımağa başlayıb və onunla mübarizə aparmağı öyrənib.

Təcrübələr göstərib ki, virusun zəifləmiş forması gəmiriciləri koronavirusa yoluxdurmur.

Yaxın zamanlarda professor So San-Yuy və həmkarları analoji təcrübəni daha iri heyvanların üzərində aparmağı planlaşdırırlar, həm də insanlar üzərində eksperimentlərə hazırlaşırlar.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}