Koronavirusun genetik kodu TAPILDI – Vaksin hazırlanma prosesi sürətləndi

 

Ümumdünya Səhiyyə Təşkilatı və ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi tərəfindən Çin Xalq Respublikasının ərazisində meydana gələn 2019-nCoV koronavirusunun laborator diaqnostikasının metodikası açıqlanıb.

ÜST-dən verilən xəbərə görə, Çin Xalq Respublikasının Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi, eləcə də ABŞ Xəstəliklərlə Mübarizə və Nəzarət Mərkəzi tərəfindən aparılan elmi tədqiqatlar nəticəsində virusun genetik kodu müəyyən edilib və ABŞ Milli Sağlamlıq İnstitutunun Genetik Kod Məlumat Bazasına yüklənib. Araşdırmaların nəticələri və 2019-nCoV diaqnostikasının texniki məlumatları ÜST-ün rəsmi saytında yerləşdirilib.

Qeyd edək ki, 2019-nCoV virusunun genetik kodunun müəyyən edilməsi virusun diaqnozunun sürətli və dəqiq şəkildə həyata keçirilməsinə, eyni zamanda vaksin hazırlanma prosesinin sürətləndirilməsinə imkan verir.

Qeyd edək ki, bundan öncə MERS‐CoV və SARS-CoV virusları yayılarkən müvafiq qurumlar tərəfindən virusun genetik kodu daha uzun müddət ərzində müəyyən edilmişdi.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}