Professor: Pandemiya böyük bioloji müharibənin ilk məşqidir


 

Tibb elmləri doktoru, Rusiya Elmi Tədqiqatlar İnstitutunun prezidenti Leonid Roşal bəyan edib ki, koronavirus pandemiyası böyük bioloji müharibənin ilk məşqidir.


Şəffaflıq.az Forbes-ə istinadən xəbər verir ki, professor bir çox ölkələrin koronavirusla infeksiyaya hazır olmadığını söyləyib.

“Rusiyada və digər MDB ölkələrində bu işlə hamı, hətta prezidentlər də məşğul oldular. Virusun epidemioloji miqyaslarını təyin etmək, tapmaq çətindir. Mən baş verən hadisələri analiz edərkən, belə anladım ki, bu bioloji müharibənin ilk məşqi idi. Lakin virusun insan əli ilə yaradılmasını sübut edən sənədlər yoxdur. Pandemiya səhiyyə sistemini təftiş etmiş oldu. SSRİ dönəmində o, yüksək səviyyədə təşkil edilmişdi, lakin illər keçdikcə hissə -hissə öz keyfiyyətini itirdi”.

Hazırda Yer üzündə 18 milyon insan koronavirusa yoluxub, 700 mindən çox insan həyatını itirib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}