Putin koronavirusla bağlı hakim dairələrə xəbərdarlıq edib.

 Rusiya prezidenti Vladimir Putin koronavirusla bağlı hakim dairələrə xəbərdarlıq edib.
Şəffaflıq.az-ın xəbərinə görə, o bildirib ki, Rusiyada epidemiyanın fəsadları qarşıdakı günlər ərzində daha da artacaq. "Bütün ölkə, insan həyatı üçün mübarizə aparmağa yüz faiz hazır olmalıdır" deyən Kreml rəhbəri, müvafiq qurumlara tapşırıqlar verib:
“Zirvəyə hələlik çatmamışıq. Virusun yayılması ilə bağlı yüksək təhlükələr var. Yoluxmalar sadəcə Moskvada deyil bütün bölgələrdə sürətlə artır”.
Qeyd edək ki, Rusiyada 32 mindən çox insan “COVİD-19”a yoluxub, 273 nəfər həyatını itirib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}