Finlandiya Rusiyanı günahlandırıb
Fin hərbçiləri xəbər veriblər ki, bu gün gündüz saatlarında Helsinki rayonunun səmasında Rusiyanın iki Su-27 təyyarəsi qeydə alınıb. Təyyarələr Fin körfəzi üzərindən uçublar.
Müdafiə Nazirliyində uçaqları Finlandiyanın hava məkanını pozmaqda şübhəli elan ediblər. Rusiya tərəf isə təyyarələrin özgə səmasına soxulmasını inkar edir.
Rusiyalı hərbçilərin məlumatına görə, hərbi-dəniz donanmasına məxsus 4 ədəd Su-27 təyyarəsi iyulun 27-də Kareliyadan Kalininqrad vilayətinə planlı uçuş həyata keçirib.
Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş