Avropa ölkəsində miqrantlar üçün saxta nikahla yaşayış hüququ təşkil edən şəbəkə aşkarlanıb

 

Miqrantların daha çox üz tutduğu Avropada yaşayış hüququ əldə etmək üçün çbir sıra variantlardan istifadə olunur. Gəlmələr saxta nikah metoduna çox müraciət edirlər.


Şəffaflıq.az xəbər verir ki, İtaliyanın Livorno şəhərində miqrantlar üçün saxta nikahla yaşayış hüququ təşkil edən şəbəkə aşkarlanıb. “La Repubblica”nın yazdığına görə, hüquq-mühafizə orqanları 56 nəfəri həbs edib. Miqrantlar əsasən Şimali Amerika və Cənubi Amerikadan gələnlərdir. Şəbəkənin rəhbəri isə Dominikan Respublikasında doğulub. O, son 5 il ərzində saxta yolla 24 cütlük formalaşdırıb. Bu metod dominikanlı cinayətkara 200 min avro qazandırıb.

Şəbəkənin əməlləri çox qəribə bir hadisə zamanı üzə çıxıb. Saxta nikaha razılıq verən italyan “həyat yoldaşı”nın adını xatırlaya bilməyib. Bundan sonra Livorno polisi hərəkətə keçib və şəbəkənin əksər üzvləri həbs olunub.


Avropada təkcə İtaliyada yox, bir sıra başqa ölkələrdə də miqrantların saxta nikahla yaşayış hüququ alması nümunələri var. Bir müddət əvvəl Belçikada belə şəbəkə üzə çıxmışdı.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}