İranda koronavirusdan daha 227 nəfər ölüb

 

Son 24 saat ərzində İranda daha 2414 nəfərin virusa yoluxduğu aşkar edilib, 227 nəfər həyatını itirib.

Məlumatı İranın Səhiyyə Nazirliyi yayıb.

Bildirilir ki, bununla da ümumilikdə yoluxanların sayı 276 min 202 nəfərə, ölənlərin sayı isə 14 min 405-ə çatıb.

Xüsusi xəstəxanalarda müalicə alaraq sağalan 240 min 87 nəfər evə buraxılıb. Müalicəsi davam edən 3583 xəstənin vəziyyəti ağır olaraq qalır. 


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}