"Televiziyalar indi bu mövzuya köklənməlidir" — Xalq aristi

 


“Bu gün cəbhədə döyüşlər gedən bir vaxtda telekanallarımızda yalnız hərbi vətənpərvərlik mövzusunda verilişlər, filmlər nümayiş olunmalı, musiqilər səsləndirilməlidir”.

Şəffaflıq.az xəbər verir ki, bu sözləri Yenicag.az-a açıqlamasında Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi nəfəsli alətlər Orkestrinin solisti, xalq artisti Zümrüd Məmmədova deyib. 

Müğənni bildirib ki, bütün sənət adamları və digər peşə sahibləri yalnız bu mövzuda danışmalıdır:

“Ordumuz varsa, deməli yurdumuz da var. Şanlı ordumuza dəstək olmalı, öz musiqilərimizlə onları qələbəyə ruhlandırmalıyıq. İstər həkim olsun, istər müəllim, aktyor və digər peşə sahibləri hamımız insanlarda vətənpərvərlik hissinin yüksəlməsinə xidmət etməliyik. Televiziyalar indi bu mövzuya köklənməlidir. Lazım gələrsə, ön cəbhədə əsgərlərimizin yanında olmağa hazıram. Bu gün hər birimiz müsəlləh əsgər kimi Ali baş komandamızın əmrinə müntəzirik. Yaşasın mənim dövlətim və güclü ordumuz”.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}