İsmayıllıda qırılan elektrik naqili sürücünün ölümünə səbəb oldu

 

İsmayıllı rayonunda bədbəxt hadisə baş verib.

Şəffaflıq.az-ın məlumatına görə, hadisə Qalacıq kəndində qeydə alınıb.

Rayon sakini, 1988-ci il təvəlüdlü Musayev Qüdrət Elyar oğlu idarə etdiyi “Ford” markalı, “90-OL-724 dövlət nişanlı avtomobillə Qalacıq kəndində yerləşən kafe istiqamətində hərəkətdə olarkən güclü külək və yağışın təsirindən qırılaraq yerə düşən elektrik naqili Q.Musayevin idarə etdiyi avtomobilin arxa təkərinə ilişib. Sürücü avtomobili saxlayaraq qapını açarkən elektrik cərəyanı onu vuraraq öldürüb.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}