Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində Azərbaycana Çindən həkimlər gələcək

 

“İndiyə qədər qısa müddətdə Azərbaycanda modul tipli xəstəxana quraşdırılıb. Əlavə olaraq 6 modul tipli xəstəxana sifariş olunub”.


Şəffaflıq.az-ın məlumatına görə, bunu bu gün Baş Nazir Əli Əsədov Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda bildirib.

Baş Nazir deyib ki, bu modul tipli xəstəxanalardan biri Naxçıvanda, digərləri Bakı və bölgələrdə quraşdırılacaq: “Bu gün Azərbaycanda xarici ölkələrdən 200-ə qədər həkim var. Ən çox müqavilə Kubadan gələn həkimlərlə 3 aylıq imzalanıb. Türkiyədən gələn 7 həkimdən ibarət heyət Yeni klinikada çalışır. Türkiyədən gələn həkimlər 2 ay müddətində çalışacaqlar. 


Rusiyadan gələn 20-dən artıq həkim və mütəxəssis Bakı və Sumqayıtda xəstəxanalarda çalışırlar. Cənab Prezident, Çin hökuməti ilə aparılan danışıqlar üzrə kontrakt səviyyəsində müəyyənləşdiririk ki, Sizin tapşırığınızla gəlmiş qruplar gedəndən sonra Çindən həkimlər gəlib onları əvəz edəcək, bu, ardıcıllıqla olacaq. O cümlədən cənab Prezident, öz həkimlərimiz - xaricdə təhsil alan tələbələrimiz, Tibb Universitetində olan həkimlər ilk günlərdən Sizin tapşırığınızla və Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu proseslərə cəlb olunub. Bu proseslər davam etdiriləcək”.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}