COVID-19-la bağlı Azərbaycana 200 xarici həkim gətirilib
“Azərbaycan koronavirus (COVID-19) pandemiyası ilə mübarizəyə təxminən 200 nəfər xarici həkimi cəlb edib”.
Şəffaflıq.az xəbər verir ki, bunu Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Baş Nazir Əli Əsədov bildirib.
“Ən çox həkim Kubadan gəlib. Onlarla 3 aylıq müqavilə bağlanılıb. Bundan başqa, 47 Türkiyədən gəlmiş həkim hazırda "Yeni Klinika"da çalışır. Onlar 2 ay burada olacaq.
Həmçinin 20-dən artıq rusiyalı həkim Bakı və Sumqayıt şəhərlərində xidmət göstərir. Bu həkimləri gələcəkdə Çindən olan həmkarları əvəz edəcək. Hazırda bu ölkə ilə iş aparılır, müqavilə hazırlanır”, - deyə o, qeyd edib.
Facebook-da paylaş