Ədliyyə Nazirliyinin vəzifələri artırılıb
Ədliyyə Nazirliyinin vəzifələri artırılıb.
Şəffaflıq.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyev tərəfindən imzalanan Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərmanda əksini tapıb.
İndiyə qədər Ədliyyə Nazirliyi bələdiyyələr tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına riayət edilməsinin təmin olunması, bələdiyyələr tərəfindən qanunvericiliyin pozulması hallarının aradan qaldırılması məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirirdi.
Fərmana əsasən, nazirlik həm də yuxarıda qeyd edilən halları yaradan səbəb və şəraitin aradan qaldırılması məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirəcək.
Facebook-da paylaş