Karantin rejimində tədbirlərimiz davam etdirilir – Gülbikə Kərimova yazır:
Hər zaman olduğu kimi, bu dəfə də ehtiyacı olan insanlara dəstəyi diqqət mərkəzində saxladıq.
Iş adamlarının dəstəyi ilə Qarabaq qazilərinin, Qarabağ müharibəsi əlillərinin, tənha, kimsəsizlərin, qocaların , ailə başçısın itirmiş qadınların, valdeynlərin itirmiş uşaqların, aztəminatlı insanların evlərində olmuş onlara ərzaq yardımları verilmişdir.
Ümumilikdə kəskin ehtiyacı olan 300 nəfərə ərzaq yardımı göstərilmişdir.
Xüsusi karantin rejimi qaydalarına riayət edərək, şəhərin bəzi ərazilərində pandemiya ilə əlaqədar söhbətlər aparılmış, marifləndirici praşurlar paylamışıq.
Çətinliklərə baxmayaraq həyat öz axarı ilə davam edir.
Bəzi aztəminatlı ailələr bizə uşaqların sünnət edilməsinə, köməklik göstərilməsini xahiş etmişdilər.
Bizdə şəhərimizin tibb müəssisələri ilə əlaqə saxladıq.Onlar həmişəki kimi təklifimizi razılıqla qarşıladılar.Bu günə kimi tərəfimizdən 25 uşaq sünnət edilmişdir.Bundan sonrada yenidən bu aksiyamız davam edəcəkdir.
Tədbirlərimiz bununla məhdudlaşmır.
Az təminatlı ailənin bir üzvünün kəskin pankratit əməliyyatına ehtiyacı vardı.
Bu əməliyyatı Bakı şəhərində “Dobromid” Hospitalının rəhbərliyi öz üzərinə götürdü və əməliyyat uğurla təmannasız başa çatdı.
Pandemiya dövründə ərzaq yardımına ehtiyacı olanlarla müntəzəm əlaqə saxlayırıq. Qardaş Türkiyənin “Tika” şirkəti bu sahədə köməyimizə çatdı.
60 paket ərzaq yardımı imkansız ailələrə paylandı.
COVID 19-dan qorunmağın vacib şərtlərindən biri sanitar-gigiyenik qaydalara ciddi əməl olunmuşdur.Bu məsələnidə mütamadi diqqətdə saxlayırıq.
Əlaqə saxladığımız P&G şirkəti “Azərbaycan Qızıl Aypara Cəmiyyəti” ilə birlikdə 30.000 ailəyə “Bir damın altında ümidlə sabaha” adı ilə gigiyenik bağlama paylamışdır.
250 bağlama Şirvan şəhər “Qızıl Aypara Cəmiyyəti” tərəfindən, Qarabağ qazisi və əlillərinə, o cümlədən aztəminatlı və çoxuşaqlı ailələrə verilmişdir.
Gülbikə Kərimova
“Qızıl Aypara Cəmiyyəti” Şirvan şəhər şöbəsində Gənclər üzrə təlimatçı
Şəffaflıq.az
Facebook-da paylaş