Dünyada daha 168 min insanda koronavirus aşkarlandı
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, son bir gündə koronavirusa yoluxma ilə bağlı aşkar edilmiş halların sayı 168 mindən çox artıb. Pandemiya ərzində ümumilikdə 539 mindən çox insan COVID-19-dan ölüb.
Təşkilat qeyd edib ki, son bir gün ərzində koronavirusa 168 957 yoluxma qeydə alınıb, COVID-19-dan daha 4 147 pasiyent ölüb.
Beləliklə, dünyada xəstəliyə yoluxma ilə bağlı aşkar edilmiş halların ümumi sayı 12 milyondan çox, ölüm hallarının sayı isə 539 906 təşkil edir.
Virusa ən çox yoluxma Şimali və Cənubi Amerikada qeydə alınıb. Amerika qitəsində 6004 685 nəfərin COVID-19 testi müsbət olub. Avropada bu göstərici 2 827 789 təşkil edir.
Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş