Braziliyada koronavirusdan 43 mindən çox insan ölüb


Braziliyada COVID-19-a yoluxma ilə bağlı aşkar edilmiş halların sayı 867 mini ötüb.

Şəffaflıq.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli Səhiyyə Nazirliyi bildirib.

Qeyd edilir ölkədə təhlükəli virusdan 43 mindən çox insan ölüb.

Son 24 saat ərzində infeksiyaya 17 110 yeni yoluxma və 612 ölüm qeydə alınıb. Ölüm faizi 5% təşkil edir.

Səhiyyə Nazirliyinin məlumatına görə, virusa yoluxma ilə bağlı aşkar edilmiş halların sayı 867 624-dür. Bütün vaxt ərzində koronavirusdan 43 332 pasiyent ölüb.

Qeyd edilir ki, virusa yoluxmuş 388 492 insan sağalıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}