“Yoluxanların 40 faizi bundan xəbərsizdir və bu çox pisdir” — Rusiyalı həkim

 

Rusiya Federasiyası Dövlət Dumasının Təhsil və Elm Komitəsi sədrinin birinci müavini, Rusiyanın keçmiş baş sanitar həkimi Gennadi Onişenko öz müsahibəsində bildirib ki, təqvimlə əlaqədar qış aylarının yaşandığı Cənub yarımkürəsi hazırda infeksiyanın mərkəzi hesab olunur.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-la əlaqədar apardığı üç dərman preparatının sınaqlarını dayandırıb. Söhbət “hidroksixloroxin”, “lopinavir” və “ritonavir” adlı dərmanlardan gedir. Bir neçə ay davam edən sınaqlardan sonra ÜST mütəxəssisləri yalnız “Remdesivir” adlı dərmanın effektli olduğunu təsdiq ediblər.

– Yay mövsümü gəlib, havanın temperaturu yüksəlib, ultrabənövşəyi şüalanmanın intensivliyi güclənib. Bir çoxları pandemiyanın yayılma tempinin azalacağını gözləyirdi, amma virus yayılmaqda davam edir, infeksiyanın sürəti artır…

– İndi ən intensiv proses (virusun yayılması üzrə – red.) Cənub yarımkürəsində – Braziliyada, Peruda, Çilidə gedir. Qış fəslində infeksiyanın hava-damcı yolu yayılması sürətlənir. ABŞ-da baş verən itaətsizlik və kütləvi etiraz aksiyaları də ayrıca müzakirə mövzusudur. “Siyasi vurnuxma” altarına millətlərin sağlamlığlı çıxarılıb. Avropaya gəlincə, Almaniyada, İspaniyada və İtaliyada vəziyyət normallaşır. Fransada isə vəziyyət o qədər də sabit deyil. Buna görə də, koronavirusun Şimal yarımkürəsində şiddətli olduğunu söyləmək doğru olmaz.

– Ancaq Azərbaycan günəş istisi ilə zəngindir…

– …Siz yaxşı başa düşürsünüz ki, yalnız günəş istisi yetərli deyil. Bəli, ultrabənövşəyi şüalar virusla mübarizə aparmağa kömək edir. Ancaq qaydalara da əməl etmək lazımdır. Birincisi, gigiyena və fərdi qoruyucu vasitələrdən istifadədir. İkincisi, sosial məsafədir. Rusiyada olduğu kimi, Azərbaycanda da bu, problemli məsələdir.

Sağlamlığın qorunması mədəniyyəti olmalıdır. Hüzr məclislərinə, ad günlərinə gedirlər, elə deyilmi?
Skandinaviyalılar nə etdilər? Xalqlarının sağlamlıqlarını qorumaq mədəniyyətinə inandıqlarını söylədilər. Nə Rusiya, nə də Azərbaycan bununla öyünə bilməz. Xəstələrin 40 faizi yoluxmuş olmasından xəbərsizdir. Lakin başqalarını yoluxdururlar. Bir tərəfdən, bu, kollektiv immunitet yaradır.

Digər tərəfdən, virus ilk növbədə yaşlı insanları ciddi təhlükə qarşısında qoyur, baxmayaraq ki, o, gənclərə də rəhm etmir.

Əminəm ki, Azərbaycanda yaşlılara hörmət qorunub saxlanılıb. Bunun mənası nədir? Onlara qayğı göstərmək, qorumaq lazımdır. Bir gənc imtinalara məhəl qoymur və sonra yaşlı şəxsin də yaşadığı evə gəlir… Onu yoluxdursa, nə olacaq? Azı bir yaşlı insanı ağır xəstələndirəcək.

Bir daha təkrar edirəm, bəli, ultrabənövşəyi şüa qəbulu çox faydalı təsir göstərir. Ancaq bu, kifayət deyil. Gündüzlər qısalmağa doğru gedir. Payızın gəldiyini unutmayın. Yumruğumuzu masaya vurmalı və əvvəlcədən sərt tədbirlər görməliyik. 

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}