"Müəllimlərin işə qəbul imtahanının ləğv edilməsi müzakirə olunmur"
"Ölkədə olan mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq Müəllimlərin İşə Qəbul (MİQ) imtahanının keçirilmə tarixlərinə və formatına dair təkliflər nəzərdən keçirilir və müxtəlif ssenarilər hazırlanır".
Şəffaflıq.az-ın xəbərinə görə, bunu Təhsil nazirinin müşaviri Elnur Məmmədov bildirib.
O deyib ki, növbəti həftə MİQ imtahanı üçün qeydiyyat tarixləri və imtahanın keçirilmə formatına dair rəsmi məlumat veriləcək:
"Hazırda MİQ imtahanın ləğv edilməsi müzakirə olunmur".
Xəbəri paylaş
Facebook-da paylaş