Əsas Səhifə > ELM VƏ TƏHSİL > "Müəllimlərin işə qəbul imtahanının ləğv edilməsi müzakirə olunmur"

"Müəllimlərin işə qəbul imtahanının ləğv edilməsi müzakirə olunmur"


5-07-2020, 19:56

 

"Ölkədə olan mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq Müəllimlərin İşə Qəbul (MİQ) imtahanının keçirilmə tarixlərinə və formatına dair təkliflər nəzərdən keçirilir və müxtəlif ssenarilər hazırlanır".


Şəffaflıq.az-ın xəbərinə görə, bunu Təhsil nazirinin müşaviri Elnur Məmmədov bildirib.

O deyib ki, növbəti həftə MİQ imtahanı üçün qeydiyyat tarixləri və imtahanın keçirilmə formatına dair rəsmi məlumat veriləcək: 


"Hazırda MİQ imtahanın ləğv edilməsi müzakirə olunmur".
Geri qayıt