ABŞ kəşfiyyatı Əfqanıstanda narkotrafiklə məşğul olur
Amerika KİV-ləri Rusiyanı «taliblərlə qanlı sui-qəsddə» ittiham etdikləri bir vaxtda, Amerika Birləşmiş Ştatlarının (ABŞ) kəşfiyyatı Əfqanıstandan başlanan narkotrafikdə fəal iştirak edir.
Bu barədə Əfqanıstan üzrə Rusiya prezidentinin xüsusi nümayəndəsi, XİN İkinci Asiya Departamentinın direktoru Zamir Kabulov bəyan edib. Kabulov öz fikirlərini «Rossiya 1» telekanalının efirindən bölüşüb.
O, qeyd edib ki, həmin informasiya heç kim üçün sirr deyil. Hamı, o cümlədən Əfqanıstan da amerikalıların hərəkətlərini adi hal kimi qəbul edir.
Xatırladaq ki, iyunun 26-da «The New York Times» nəşrində bir məqalə dərc olunub. İddia olunur ki, Rusiya tərəf «Taliban» radikal hərəkatı üzvlərinə Əfqanıstandakı ABŞ hərbçilərini öldürmək üçün pul təklif edib.
Ancaq iyunun 29-da ABŞ kəşfiyyatı bu informasiyanı həqiqətə uyğun olmayan adandırıb. Pentaqonun baş nümayəndəsi Conatan Hoffman elə həmin gün dərc olunmuş məlumatların yoxlanıldığını bəyan edib. Buna baxmayaraq, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Rusiyaya qarşı «elə indicə» sanksiya tətbiq etməyə çağırıb.
Şəffaflıq.az
Facebook-da paylaş