İranda bir gündə COVID-19-dan 148 nəfər ölüb
İranda son sutka ərzində 2 449 yeni koronavirusa yoluxma halı qeydə alınıb.
Şəffaflıq.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Sima Sadat Lari məlumat verib.
IRINN telekanalının efirində o bildirib ki, son bir gündə ölkədə 148 nəfər virusun qurbanı olub.
Beləliklə, İranda ilk dəfə COVID-19 xəstəliyinin qeydə alındığı 19 fevral tarixindən bu yana virusa yoluxanların sayı 237 878, qurbanların sayı isə 11 408 nəfərə çatıb.
Eyni zamanda 198 949 nəfər xəstəlikdən sağalıb.
İyunun 29-da ölkədə pandemiyanın başlanğıcından bu günə qədər ölüm rekordu qeydə alınıb - 162 nəfər.
Epidemioloji vəziyyətin pisləşməsi ilə əlaqədar İran hökuməti iyulun 5-dən ölkənin riskli bölgələrində, ictimai və qapalı yerlərdə maskaların taxılmasını məcburi elan edib.
Facebook-da paylaş