İranda son sutkada koronavirusdan 115 nəfər vəfat edib
İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 115 nəfər vəfat edib.
Şəffaflıq.az-ın məlumatına görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 9 507 nəfərə çatıb.
İranda son sutka ərzində koronavirusa 2 322 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 202 584 nəfərə çatıb.
İndiyədək xəstəlikdən 161 384 nəfər sağalıb.
Xəbəri paylaş
Facebook-da paylaş