Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlandı

 

Türkiyədə son sutka ərzində koronavirusdan 19 nəfər dünyasını dəyişib, 1 396 nəfərdə virus aşkarlanıb. 

Şəffaflıq.az bildirir ki, bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca Tvitter səhifəsində məlumat verib.

Onun sözlərinə görə, bununla da ölkədə COVID-19 qurbanlarının sayı 5 065, yoluxma faktı 194 min 511 nəfər olub. Gün ərzində 1 492 nəfər sağalaraq evə buraxılıb. Sağalanların ümumi sayı 167 min 198-ə çatıb.

Son 24 saatda 51 min 198 test edilib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}