Tramp koronavirusa yeni adlar təklif edib

 

ABŞ prezidenti Donald Tramp yeni tip koronavirusun Çində qeydə alınmasına diqqət çəkərək təhlükəli infeksiyanı "Uhan" və ya "Kunq-flyu" adlandırmağı təklif edib.

Bu barədə Şəffaflıq.az “Daily Mail”ə istinadən xəbər verir.

"Bizdə epidemiyaya qədər hər şey yaxşı idi və epidemiyadan sonra da yaxşı olacaq. Mən (virusa) 19 ad verə bilərəm: "Uhan", "Kunq-flyu" (flu ingilisdə “qrip” - red)”, - deyə Ağ Ev rəhbəri Arizona ştatında seçkiöncəsi mitinqdə deyib.

“Kimsə (yeni koronavirusu) "Çin qripi" adlandırır. Amma biz (pandemiyadan sonra-red) daha güclü olacağıq, nə vaxtsa əvvəlkindən də". – deyə Tramp bir neçə dəfə mitinqdə koronavirusa kontekstində Çinin adını çəkib.

Rəsmi Pekin və Vaşinqton arasında ziddiyyət pandemiya fonunda güclənib. Tramp daha əvvəl dəfələrlə təkrarlayıb ki, epidemiyanın başlamasına görə Çin Xalq Respublikasını cavabdeh hesab edir. Vaşinqton Pekini virusun mənşəyini və infeksiyanın yayılmasının miqyasları haqqında informasiyanı gizlətməkdə ittiham edir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}