Bu gündən Moskvada kafe və restoranlar açılacaq
Moskva meri Sergey Sobyanin koronavirusla bağlı tətbiq olunan məhdudlaşdırılmaların aradan qaldırılmasının yeni mərhələsini elan edib.
Şəffaflıq.az-ın verdiyi məlumata görə, bu barədə Moskva meri öz bloqunda yazıb.
O, iyunun 23-dən etibarən üç aylıq fasilədən sonra kafe və restoranların açılacağını bildirib.
Bununla bərabər, bu gündən Moskvada fitnes klubların, hovuzların və idman zallarının fəaliyyətinə icazə veriləcək.
Xəbəri paylaş
Facebook-da paylaş