Almaniyada Leninin abidəsi ucaldılıb - "Afərin, bütün hakim siniflər qıcıqlanıb!"
Qərbi Almaniyanın Gelzenkirhen şəhərində iyunun 20-də Vladimir Leninin abidəsinin təntənəli açılışı olub.
Tədbirin təşəbbüskarı Almaniya Marksist-Leninçi Partiyasıdır (AMLP). Abidə partiyanın mənzil-qərarganının qarşısında ucaldılıb. Partiyanın yaydığı press-relizdə abidənin qoyulması səbəbləri barədə deyilir: «Bu, Avropa parlamenti və müxtəlif sağ yönlü hökumətləri tərəfindən tarixin yenidən yazılması cəhdlərinə bir cavabdır. Onlar kommunizmi nasizmə bərabər tuturlar və İkinci Dünya Müharibəsinin başlanmasıın məsuliyyətini Hitlerlə bərabər, Stalinin üzərinə yükləyirlər».
AMLP-nın lideri Habi Fextner plakat fonunda tribunadan deyir: «Antikommunizmin, faşizmin, rasizmin və antisemitizmin şansı yoxdur! Lenin real, ümumdünya-tarixi böhranların məqsədyönlü və uğurlu inqilabi həllinin ustası olub».
«Bu gün biz, İkinci Dünya Müharibəsindən sonra kapitalizmin ən dramatik böhranını yaşayırıq. Qərbi Almaniyada Lenin üçün ilk abidənin və inqilabi perspektiv barədə geniş sosial diskusiyanın vaxtı çatıb» - Fextner bildirib.
Partiyanın saytında Rusiyadan, ABŞ-dan, İspaniyadan, Britaniyadan, Belçikadan, İsveçrədən, Yunanıstandan, Türkiyədən, Hindistandan və Afrikadan göndərilmiş təbriklər yerləşdirilib. Məsələn, Britaniya Marksist-Leninçi Kommunist Partiyası təbrikdə göstərir ki, «Leninin müdafiəsi - həm də fəhlə sinfinin maraqlarının müdafiəsdir» və «bugünkü Avropa fəhləsinin rəmzidir».
«Əhsən, bütün hakim siniflər qıcıqlanıb!» - deyə, britaniyalı kommunistlər müraciəti yekunlaşdırıblar. Afrikadan isə belə bir təbrik gəlib: «Toqolez demokratları və kommunistləri sizə hər cür uğurlar arzulayırlar. Bu alicənab abidə Rusiya inqilabını və dünya proletariatını təmsil edir!»
Amerika Birləşmiş Ştatlarının (ABŞ) «Azadlıq yolu» sosialist təşkilatı belə bir ismarış göndərib: «Lenin hər yerdə istismarla mübarizə aparan inqilabçıların ürəyində və zehnində yaşayır. Quldarların və reaksionerlərin abidəsi burada - Birləşmiş Ştatlarda gizlənir… Almaniya kommunistlərinin Leninə abidə qoyması bizi ruhlandırır».
Şəffaflıq.az
Facebook-da paylaş