İraqda koronavirusla bağlı vəziyyətdə rekord

 

İraqda koronavirusla bağlı vəziyyətdə rekord göstərici qeydə alınıb. Belə ki, son sutka ərzində ölkədə 83 nəfər koronavirusun qurbanı olub.

Şəffaflıq.az “worldometers.info”ya istinadən bildirir ki, bununla da İraqda koronavirusdan ölənlərin sayı 856-ya yüksəlib.

Bundan əlavə, son 24 saat ərzində koronavirusa yoluxanların sayı 1 463 nəfər artaraq 25 727-yə çatıb.

İndiyədək 11 333 nəfər sağalıb. Ölkədə 13 528 aktiv koronavirus xəstəsi var ki, onlardan da 212-si ağır vəziyyətdədir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}