Ərəbistanda koronavirusla bağlı vəziyyətdə rekord

 

Səudiyyə Ərəbistanında son sutka ərzində koronavirusa yoluxanların sayında rekord göstərici qeydə alınıb. Belə ki, ölkədə 3 369 nəfərdə koronavirus aşkarlanıb. 

Şəffaflıq.az bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi Tvitter hesabında məlumat yayıb.

Qurumdan bildirilib ki, bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 105 283-ə yüksəlib. Pandemiyanın başladığı vaxtdan indiyədək 74 524 pasiyent sağalıb (xəstələnənlərin 70,7%-i), 746 pasiyent vəfat edib.

Qeyd edək ki, ölkədə koronavirus səbəbindən tətbiq edilən məhdudlaşdırıcı tədbirlər mayın 26-dan etibarən yumşaldılmağa başladılıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}