ÜST Böyük Britaniya alimlərinin koronavirusa qarşı böyük irəliləyiş əldə etdiyini təsdiqləyib


 

Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adanom Gebreyesus britaniyalı alimlərin koronaviruslu ağır xəstələrə yardım göstərəcək preparat hazırladıqlarını bildirib.

Şəffaflıq.az xarici agentliklərə istinadən xəbər verir ki, bununla bağlı ÜST-ün saytında məlumat yayılıb.

Verilən informasiyada Oksford universitetinin həyata keçirdiyi sınaqlarda deksametazon stereoidlərinin tətbiqi sayəsində ağır xəstələr koronavirusa qarşı müqavimət göstərə bilirlər. Bunun nəticəsində süni tənəffüs aparatına qoşulan xəstələr arasında ölüm halları 35% azalıb.

ÜST-ün baş direktoru belə bir elmi tərəqqiyə nail olmaqdan dolayı Böyük Britaniyaya təşəkkür edib.

Məlum olduğu kimi, Böyük Britaniya mütəxəssisləri deksametazon stereoidini 2100 xəstə üzərində 10 gün ərzində həyata keçiriblər. Təcrübələr zamanı preparatın əsasən ağır müalicə rejimi altında tutlan xəstələrdə daha effektli olduğu ortaya çıxıb.

Böyük Britaniyanın RECOVERY klinik araşdırmalar mərkəzinin məlumatına görə, deksametazon tənəffüs alması ağırlaşan xəstələr arasında ölüm hallarını xeyli azaldıb. Bununla bağlı sevincli xəbər ölkə rəhbərliyi, o cümlədən baş nazir Boris Conson, xarici işlər naziri Domink Raab, baş sanitar həkim Kris Uitti tərəfindən çatdırlıb. Onlar bu xəbəri koronavirusun müalicəsi zamanı əldə edilən “ən vacib elmi nəticə” olduğunu vurğulayıblar.

Böyük Britaniya hökuməti bu il iyun ayının 16-da deksametazonun koronavirusun müalicəsi üçün tətbiq olunması barədə qərar qəbul edib.

Əslində bu preparat 60 ildir elmə məlumdur. Lakin onu əsasən sətəlcəm əleyhinə və xərçəngin bir sıra növlərinə qarşı istifadə ediblər.

Oksford universitetinin araşdırmalarına rəhbərlik edən Piter Horbinin sözlərinə görə, deksametazon dərhal koronavirus infeksiyasına qarşı müalicə protokoluna salınmalıdır.

Bununla bərabər Misirin Koronavirusla mübarizə üzrə milli komitəsinin rəhbəri Hussam Hosni ölkə alimlərinin deksametazonun epidemiya ilə mübarizədə effektiv vasitə olduğunu britaniyalılardan da qabaq kəşf etdiyini söyləyib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}