Türkiyədə koronavirusdan yoluxanların və sağalanların sayı açıqlandı
Şəffaflıq.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca öz "Twitter" səhifəsində bildirib. Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 4 807 nəfərə çatıb. Onun sözlərinə görə, ölkədə 1 562 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 178 239 nəfərə çatıb. Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 1 330 nəfər olmaqla 151 417 nəfər təşkil edir. Son sutka ərzində koronavirusla bağlı 45 176 test aparılıb.
Türkiyədə son 24 saat ərzində daha 15 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.
Xəbəri paylaş
Facebook-da paylaş