Türkiyədə 5,8 bal gücündə zəlzələ, yaralılar və ölən var
Türkiyənin Bingöl şəhərində 5,8 bal gücündə zəlzələ olub.
Şəffaflıq.az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, dünən yerli saatla 17:24-də baş verən zəlzələnin ocağı 5 km dərinlikdə yerləşib.
Bingöl valisi Kadir Ekincinin sözlərinə görə, təbii fəlakət zamanı Dinarbey və Elmalı kəndlərində 10 ev çöküb. İlkin məlumata görə zəlzələ nəticəsində 18 nəfərin xəsarət alması, 1 nəfərin isə öldüyü bildirilir.
Zəlzələ Diyarbəkir, Ərzurum, Muş və Malatyada da hiss edilib.
Xəbəri paylaş
Facebook-da paylaş