Pekində topdansatış bazarında kütləvi koronavirusa yoluxma halı aşkarlanıb
Pekinin Fenqtai rayonunda koronavirusa yoluxma halları aşkar olunan topdansatış bazarları bağlanıb, ərazidə fövqəladə vəziyyət elan olunub.
Şəffaflıq.az-ın "Reuters"ə istinadən verdiyi xəbərə görə, Pekinin Xinfadi topdansatış bazarında 517 nəfərdən götürülən analizinin 45-inin nəticəsi müsbət çıxıb.
Lakin koronavirusa yoluxan bu şəxslərdə xəstəliyinin heç bir simptomu özünü göstərmir.
Rəsmi məlumata görə, Pekində 6 əsas topdanstış bazarı fəaliyyətini tamamilə və ya qismən dayandırıb. Pekinin səhiyyə rəsmiləri bildirib ki, Xinfadi bazarının 10000-ə yaxın bütün satıcı və müştərilərindən koronavirus üçün analizlərin götürülməsinə başlanılıb.
Çin hökuməti ölkədə koronavirusun ikinci dalğasının başlamasından ehtiyat edir.
Qeyd edək ki, koronavirus infeksiyasına yoluxma halı ilk dəfə dekabr ayında Çinin Uhan şəhərində qeydə alınıb. İndiyədək Çində ümumilikdə 83 mindən artış şəxs virusa yoluxub. Rəsmi məlumata görə, virusa yoluxanlardan 4634 nəfər vəfat edib.
Ümumilikdə isə dünyada indiyədək koronavirusa yoluxanların sayı 7 milyonu keçib, virus yoluxan 423 mindən artıq şəxs vəfat edib.
Facebook-da paylaş