Çində sutka ərzində üç yeni koronavirusa yoluxma faktı aşkar edilib
Çin hakimiyyəti son sutka ərzində ölkənin materik hissəsində koronavirus infeksiyası ilə bağlı üç faktı aşkar edib, ölüm hadisəsi qeydə alınmayıb. Şəffaflıq.az-ın məlumatına görə, bu barədə Çinin Dövlət Gigiyena və Səhiyyə Komitəsi bildirib. Məlumata əsasən, virusa yoluxan 82 nəfər Çindəki tibbi müəssisələrə yerləşdirilib, onlardan yalnız birində koronavirusun yaratdığı xəstəlik ağır formada keçir. Statistikaya əsasən, Çində koronavirusa yoluxanların 94,3 faizi sağalıb. Ümumilikdə ölkədə 82,9 mindən artıq yoluxma halı, 4,6 mindən artıq ölüm halı qeydə alınıb.
Facebook-da paylaş