“Nəsiminin əsərlərini dünya kitabxanalarından vətənimizə indiyə qədər gətirmişik, bundan sonra da mümkün qədər gətirəcəyik”.Şəffaflıq.az bildirir ki, bu barədə Moderator.az-a AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmlər doktoru Paşa Kərimov ““Nəsimi ili” çərçivəsində Nəsiminin hansı bilinməyən əlyazmaları, divanından vətənə gətirilə bilər?” sualını cavablayarkən bildirib:
“İndiyə kimi Nəsiminin bir neçə dəyərli “Divan”ını Türkiyə və İran kitabxanalarından gətirmişik. Bunları artıq tədqiqatlarımıza cəlb etmək fikrindəyik. Elə şeirlər, elə “Divan”lar var ki, orada Nəsiminin “Hüseyni” təxəllüsü ilə bir sıra şeirləri də yer alır. Bu, bizim diqqətimizi cəlb edir. Bundan başqa biz dünya kitabxanalarında cəmlənən Nəsimi ardıcıllarının “Divan” və şeir toplularının da bir çoxunun surətlərini gətirmişik, bundan sonra da gətirmək fikrindəyik. Məqsədimiz Nəsiminin Türkiyə kitabxanalarından müxtəlif təxəllüslərlə yazılmış Divanını gətirməkdir. Orada onun şeirləri toplanıb. Başqa dünya kitabxanalardan da axtarışlar aparırıq. Mümkün olduğu qədər gətirəcəyik”.
Facebook-da paylaş