Yerin maqit sahəsinin bir hissəsi zəifləyib - Peyklərin işinə təsir göstərə bilər
Alimlər təsdiqləyirlər ki, aktiv inkişaf edən anomaliyalar səbəbilə Yerin maqnit sahəsinin bir hissəsi zəifləməyə başlayıb.
Söhbət Braziliya və Cənubi Afrika sahillərində yer alan anomaliyalardan gedir (Newsweek).
Maqnit anomaliyası sahələrində maqnit sahəsi vektorunun ölçüsü və ya istiqaməti qonşu sahələrdə olduğundan əhəmiyyətli dərəcədə fərqlənir.
Məlumdur ki, son 50 ildə Cənubi-atlantika anomaliyası böyüyüb. O, qərbə doğru 19 kilometr/saat sürətlə yerini dəyişir.
Peyklərdən alınmış yeni məlumatlar göstərir ki, son 5 ildə Cənubi-atlantika anomaliyası mümkündür ki, iki sahəyə bölünüb. Bunu Avropa kosmik agentliyi xəbər verir. Bu zaman sahələrdən birinin inensivliyi minimum səviyyəyə qədər zəifləyib.
Məlum olduğu kimi maqnitosfera zərərli kosmik şüalanma axınlarını Yerə buraxmır. Yerin maqnit sahəsi zəifləyəndə onun səthinə daha çox kosmik hissəciklər çatır.
Maqnit sahəsinin dəyişməsi həm də naviqasiya sisteminin dəqiqliyinə, peyklərin işinə, naqilsiz rabitəyə və elektrik şəbəkəsinin işinə təsir göstərir.
Şəffaflıq.az
Facebook-da paylaş