Moskvada daha 73 nəfər koronavirusdan ölüb
Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 73 nəfər dünyasını dəyişib.
Şəffaflıq.az “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.
Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 2183-ə çatıb.
Qeyd edək ki, Rusiyada indiyədək 362 342 nəfərdə koronavirus aşkar olunub. Son sutkada daha 8915 nəfər bu virusa yoluxub. Ölənlərin ümumi sayı isə 3807 nəfərdir, indiyədək 131 129 nəfər sağalıb.
Xəbəri paylaş
Facebook-da paylaş