Rusiyada koronavirusa yoluxanların sayı 326 mini keçib

 

Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 67 nəfər dünyasını dəyişib.

Şəffaflıq.az “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 1934-ə çatıb.

Qeyd edək ki, Rusiyada indiyədək 326 448 nəfərdə koronavirus aşkar olunub. Son sutkada daha 8894 nəfər bu virusa yoluxub, 150 nəfər də virusun qurbanına çevrilib. Ölənlərin sayı isə 3249 nəfərdir, indiyədək 99 825 nəfər sağalıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}