Fələstin müstəqillik üçün Putindən kömək istəyir

 

Fələstin prezidenti Mahmud Abbas Rusiyadan olan həmkarı Vladimir Putinə müraciət edib.


O, şimal dövlətinin başçısından kömək istəyib.

Şəffaflıq.az xəbər verir ki, Mahmud Abbas Vladimir Putinin İsraillə danışıqlarda vasitəçi olmasını arzulayır. Fələstin prezidenti Rusiya liderinin yəhudi ölkəsini iki dövlət formalaşması məsələsində yola gətirə biləcəyinə inanır.

Qəribədir ki, Fələstin bir müddət əvvəl danışıqlardan imtina etmişdi. Müstəqilliyini təmin edə bilməyən müsəlman dövlətdə İsrail və ABŞ ilə ortaq məxrəcə gəlməyin mümkünsüzlüyünə əminlik yaranmışdı. Amma indi fərqli mövqe müşahidə edilir. Hərçənd, İsraillə münasibətlər yenidən pozulanda Fələstin üçüncü tərəf olmadan danışıqların uğurlu alınmayacağını bildirmişdi.

Mayın 17-də İsrail baş naziri Binyamin Netanyahu yəhudilərin sıx yaşadığı İordan çayının qərb sahilinin ölkə ərazisinə qatılmasının vaxtı çatdığını bəyan etmişdi. İordaniya isə buna görə İsrailə hətta müharibə elan edə biləcəyini açıqlamışdı.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}