Koronovirusu tamamilə məhv etmək mümkün olmayacaq

 

Şəffaflıq.az Avropa.info-ya istinadən xəbər verir ki, bu sözləri Qlazqo Universitetinin Virus Genetikası və Bioinformatika şöbəsinin sədri professor Devid Robertson deyib.

“Olduqca yoluxucu, çox uğurlu virusdur, biz də yoluxmağa uyğunuq. Vəziyyətin daha da pisləşəcəyindən narahat olmaq yanıldıcıdır, çünki hazırda yoluxma rəqəminə görə vəziyyət çox daha pis ola bilməz. Virus o qədər çox insanda simptom göstərmədən, ya da yüngül simptomlarla büruzə verib ki, nəzarətə götürmək mümkün deyil.

Bu virusu məhv edə bilməyəcəyimiz məsələsində dəqiq olmağımız lazımdır. İnsanlar arasında yerləşəcək və bir neçə il ərzində normal virus olacaq” – Robertson deyib.

Londonun Gigiyena və Tropik Tibb Məktəbinin professoru Con Edmund Kovid-19-dan sağalan insanların əhəmiyyətli dərəcədə immunitet qazana bilməyəcəyi barədə xəbərdarlıq edib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}