Gəncədə karantin rejimini pozan tədris mərkəzi aşkarlandı
Şəffaflıq.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan bildirilib. Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları təhkim olunduqları inzibati ərazilərdə xidmət aparan zaman gizli şəkildə fəaliyyət göstərən özəl tədris mərkəzi aşkar ediblər. Polis əməkdaşları tərəfindən vətəndaş Hüseyn Zahidova məxsus “Günəş” məktəbəqədər tədris mərkəzinin fəaliyyəti dərhal dayandırılıb. Mərkəzdəki uşaqlar ailələrinə təhvil verilərək valideynlərə övladlarına qarşı məsuliyyətli olmaq, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi barədə xəbərdarlıq edilib. H.Zahidov və mərkəzin digər əməkdaşları barədə qanunamüvafiq tədbir görülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.
Facebook-da paylaş