Ağsuda karantin qaydalarını pozan 5 nəfər həbs olundu
Polis şöbəsindən "Report"un Yuxarı Şirvan bürosuna verilən məlumata görə, təkcə son üç gün ərzində bununla bağlı rayonda 34 inzibati protokol tətbiq olunub.
Bunlardan 3-u karantin rejimini kobud şəkildə pozan müxtəlif ictimai iaşə obyektlərinə, o cümlədən yeməkxana, çayxana, kafe sahiblərinə, 1 nəfər sosial şəbəkədə yalan məlumat verdiyinə görə tətbiq edilib. 30 nəfərə isə karantin rejimini müxtəlif səbəblərdən pozduğuna görə protokol tətbiq olunub.
Rayonda ümumilikdə 5 nəfər həbs edilib, 29 nəfərə isə İnzibatı Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq protokollar tətbiq edilib.
Facebook-da paylaş